main-post-cover

    Avropa pulsuz internet üçün hərəkətə keçdi

    Elm & Texnologiya
    10.10.2017
    Orxan Jafarli
    Avropa, pulsuz internet mövzusunda əhəmiyyətli bir qərar almış vəziyyətdədir. Avropa Birliyi Şurasının rəsmi internet saytı üzərindən alınan qərara görə, şəhər mərkəzləri başda olmaq üzrə, bir çox yer naqilsiz yüksək sürətli internet ilə təmin ediləcək. Xalqa açıq nöqtələrdə olacaq bu internet xəttinin xərcləri isə Avropa Birliyi tərəfindən qarşılanacaq.
    WiFi4EU olaraq keçən və Avropa Parlamenti, Avropa Birliyi Komissiyası və Avropa Birliyi Şurasının tərəfindən təsdiqlənən bu layihə, kitabxana, park və digər ictimai yerlərə sürətli interneti hədəfləyir.
    2018-ci ildə başlayacaq müraciətlərlə birlikdə Avropa Birliyi Şurasının müraciətdə olan yerlər üçün lazımlı əməliyyatlara başlayacaq.
    Xəstəxana, yerli idarəetmə mərkəzləri kimi cəmiyyətə açıq yerlərin müraciət etdikdən sonra üç il ərzində təmin edilən internet xidmətinin baxımına diqqət yetirməlidirlər.
    Ərizələrin qəbulundan  sonra başlayacaq olan layihənin 120 milyon avroya başa gələcəyi təxmin edilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər