main-post-cover

    Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta çevirməyi təklif edib

    Elm & Texnologiya
    23.09.2021
    Farid Pardashunas
        Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron məhsulların istehsalçılarını şarj prosesi üçün öz cihazlarını USB Type-C girişi ilə təchiz etməyə məcbur etmək istədiyini elan edib. Bu cür qərar çox güman ki, Apple şirkətinə daha çox təsir göstərəcək. Belə ki, digər istehsaçılar öz məhsullarında USB Tye-C girişindən istifadə etdikləri bir vaxtda Apple şirkəti Lightning girişindən istifadə etməyə davam edir. Təklif olunan bu qanun layihəsi elektron tullantıların həcmlərini azaltmaq üçün nəzərdə tutulub.
        Gözləntilərə əsasən istifadəçilər öz yeni cihazları üçün köhnə şarj naqillərindən istifadə etmək imkanına sahib olacaqları üçün elektron tullantıların sayını aşağı salmaq mümkün olacaq. Smartfonlardan əlavə olaraq bu yeni qanun layihəsi digər elektron cihazlarını da əhatə edəcək. Bura, planşetlər, kompüterlər, səsgücləndiricilər, qulaqlıqlar, kameralar və s. daxildirlər. Bundan əlavə olaraq elektron məhsulların istehsalçıları öz şarj standartlarını digər cihazlar ilə uyğunlaşdırmalı və alıcılara onların cihazlarının hansı standartları dəstəklədikləri barəsində məlumatlar verməli olacaqlar.
        Bununla yanaşı şarj cihazlarının əsas cihazlardan ayrı satılmaları da nəzərdə tutulub. Təklif edilmiş bu dəyişikliklər naqilli şarj cihazlarından istifadə edən elektron məhsullara şamil olunurlar. Öz məhsullarını yalnız naqilsiz şarj ilə təchiz edən istehsalçılar öz cihazlarına əlavə USB Type-C girişini inteqrasiya etmək məcburiyyətində qalmayacaqlar. Təklif edilmiş dəyişikliklərin qüvvəyə minmələri üçün onları ilk növbədə Avropa Parlamenti təsdiqləməlidir. Bunun olacağı halda istehsalçıların öz məhsullarına dəyişikliklərin əlavə edilməsi üçün 24 ay vaxtları olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər