main-post-cover

    Avropa Birliyi özünün peyk interneti sistemini yaratmağı planlaşdırır

    Elm & Texnologiya
    16.02.2022
    Farid Pardashunas
        Avropa Birliyi Yer kürəsinin aşağı orbitində peyk interneti sisteminin qurulması planını elan edib. Sözügedən sistem insanları genişzolaqlı internet ilə təmin etməlidir. Bu layihə xarici şirkətlərdən olan asılılıq səviyyəsini aşağı salacaq və aparıcı şəbəkə servisləri ilə məlumatları kənar müdaxilədən qoruyacaq. Məlumata əsasən Avropa Birliyinin peyk interneti layihəsinin dəyəri 6.88 milyard avro təşkil edir. Maliyyələşdirmə həm dövlətlər həm də özəl mənbələr tərəfindən reallaşdırılacaq. Avropa Komissiyası 2022-ci ildən 2027-ci ilə kimi bu layihəyə öz büdcəsindən 2.4 milyard avro vəsait ayırmağı planlaşdırır. Ümumi vəsaitin qalan hissəsi isə Avropa Birliyinə daxil olan digər ölkələrdən, Avropa Kosmik Agentliyindən və özəl şirkətlərdən olacaq.
        Gözləntilərə əsasən peyk interneti layihəsi gələn il işə salınacaq. Daxili bazar üzrə komissar olan Thierry Breton bildirib ki, Avropa özünün peyk interneti sisteminə sahib olmalıdır. Onun sözlərinə əsasən bu layihə Avropa Birliyi ölkələrinin telekommunikasiya infrastrukturlarının sabitliyini təmin edəcək və kibertəhlükəsizlik səviyyəsini yüksəldəcək. Bununla yanaşı bu layihə Avropa və Afrika vətəndaşlarını yüksək sürətli internet bağlantısı ilə təmin edəcək. Hal hazırda bu sahədə böyük üstünlüyə Elon Musk-ın SpaceX şirkəti sahibdir.
        Şirkət artıq Yer kürəsinin orbitində 2000 ədəd internet peyki yerləşdirib. SpaceX öz raketləri vasitəsilə peyklərin Yer kürəsinin orbitinə göndərilməsi imkanına sahib olduğu üçün o, digər provayderlər üzərində böyük üstünlüyə sahibdir. Amazon şirkətinin keçmiş CEO-su Jeff Bezos da özünün peyk interneti şəbəkəsini yaratmağı planlaşdırır. Onun layihəsi Project Kuiper adlanır. Avropa Birliyində bu şirkətlərin əsas rəqibi qismində OneWeb şirkəti çıxış edə bilər. Sözügedən şirkət iflas olandan sonra Böyük Britaniya onu almışdı. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər