main-post-cover

    ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

    Elm & Texnologiya
    01.06.2023
    Farid Pardashunas
        ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49WCD adlı ultragenişbucaqlı yeni OLED monitorunu təqdim edib. Təqdim edilmiş bu monitor özünün soyutma sistemi ilə diqqəti cəlb edir. Beləliklə ASUS ROG SWIFT OLED PG49WCD adlı monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 49 düym QD-OLED ekran ilə təchiz olunub. Monitorun ekran gövdə nisbəti 16:9 təşkil edir. Onun maksimal parlaqlıq səviyyəsi isə 1000 nit təşkil edir. Ekran həmçinin DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir.
        Monitorda qızmanın qarşısını almaq üçün şirkət onun gövdəsinin daxilində radiator quraşdırıb. Nəticədə radiator istiliyi bərabər şəkildə paylaya bilir. Monitorun ekranı da istilik ifraz etdiyi üçün onun üzəri qrafen örtük ilə əhatə olunub. Bu öz növbəsində ekranın yanmasının qarşısını alır. Monitorda olan Smart KVM adlı funksiya monitora qoşulu olan iki kompüteri bir klaviatura və mouse ilə idarə etməyə imkan verir. Monitora iki kompüterin qoşulduğu halda onların ekran təsvirləri monitorda iki hissəyə ayrılmış ekran rejimində sərgilənir.
        İstifadəçi mouse oxunu hansı təsvirə yönəltsə, sistem avtomatik olaraq o kompüterə keçid edəcək. ASUS ROG SWIFT OLED PG49WCD özündə 4 ədəd USB 3.2 Gen 1 Type-A girişini, 1 ədəd USB Type-C girişini və HDMI 2.1 ilə DisplayPort 1.4 girişlərini birləşdirir. USB Type-C girişi vasitəsilə digər cihazları 90 vatt gücündə şarj prosesi ilə təmin etmək olar. Sözügedən yeni monitorun nə zaman və hansı qiymətə satışa çıxacağı məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər