main-post-cover

    Aşağı seqmentli Nokia 2 rəsmi olaraq təqdim olundu (VİDEO)

    Elm & Texnologiya
    31.10.2017
    Farid Pardashunas
    “HMD Global” şirkətinin rəhbərliyi altında olan yeni Nokia brendi Android əməliyyat sistemli öz smartfon seriyasını genişləndirməyə davam edir.
    Seriyanın yeni modeli bu dəfə Nokia 2 oldu. Nokia brendinin müasir seriyası 3, 5, 6, 7 və 8 adlı smartfonlardan ibarətdir. Nokia 2 də onların sırasına daxil oldu. Qeyd etmək lazımdır ki, bu model ucuz seqment üçün nəzərdə tutulub. Nokia 2-nin əsas özıəlliyi isə uzun müddətli enerji saxlama xüsusiyyətidir. Şirkətin məlumatına əsasən yeni smartfon 2 gün ərzində tamamilə şarj olunmadan çalışa bilir.

    Texniki göstəricilərinə gəldikdə isə Nokia 2 Corning Gorilla Glass qoruyucu şüşə ilə örtülmüş 5 inç HD ekran, Snapdragon 212 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş (microSD dəstəkli), 8 MP-lik arxa, 5 MP-lik ön kamera və 4100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Nokia 2 Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Nokia 2 99 avro qiymətinə satılacaq bir çox Avropa ölkələrində gələn ilin birinci yarısında satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər