main-post-cover

    Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

    Elm & Texnologiya
    12.07.2020
    Nijat Hamid
            Bilindiyi kimi Apple şirkəti MacBook cihazlarında trendlərdən kənar bir şəkildə sadə və işıqsız klaviaturalardan istifadə edir. Kiminə görə sadəlik gözəllik olsa da, kimisinə görə Apple da trendlərə uyğun dizayn dəyişikliyi etməlidir. İndi isə sızdırılan patent məlumatlarına görə Apple şirkəti MacBook klaviaturalarının üzərində nazik şüşə qat yerləşdirmək istəyir.

    Klaviaturanın düymələri üzərinə nazik şüşə qatın yerləşdirilməsi onların fiziki dözümlülüyünü artırmaqla bərabər RGB işıqlar yerləşdirmək üçün də istifadə oluna bilər.

            Apple klaviaturalarında düymələr üzərinə yazılan hərf, simvol rəqəmlər uzun istifadədən sonra silinə bilir. Bu da istifadəçilərin şikayət etdiyi nöqtələrdən biridir. Lakin sızdırılan patentə görə Apple düymələr üzərinə şüşə qatlar qoyaraq bu hərf və simvolların silinməsinin qarşısını almağı planlayır. Beləliklə düymələr üzərində yazılan hərflər, simvollar və rəqəmlər şüşə qatın altında qalacağı üçün müəyyən müddətdən sonra silinməyəcək.
            Klaviaturada şüşə qatın istifadə edilməsini RGB işıqlandırma sistemlərində də görmüşdük. RGB işıqları şüşə qatlar arasına yerləşdirərək klaviaturanı işıqlandıra bilirdi. İndi isə iddialara görə Apple şirkəti MacBook-ların sadə klaviatura dizaynına RGB işıqları da əlavə edərək istifadəçilərə daha göz oxşayan bir təcrübə yaşatmağı planlayır. Yeni MacBook-lar bu ilin sonlarına doğru təqdim olunacağı təxmin edilir.
    Linki kopyala