Apple yeni iPad Air planşetini, Mac Studio kompüterini və 27 düym-lük Studio Display ekranını təqdim edib

Apple yeni iPad Air planşetini, Mac Studio kompüterini və 27 düym-lük Studio Display ekranını təqdim edib

Texnologiya
09.03.2022 PAYLAŞIM

    Apple şirkəti dünən 5G dəstəkli yeni iPhone SE (2022) smartfon modelindən əlavə olaraq 5G dəstəkli 5-ci nəsil iPad Air planşetini, yeni Mac Studio kompüterini və 27 düym ölçülü Studio Display ekranını təqdim edib. Yeni iPad Air modeli 5G dəstək ilə yanaşı Apple M1 prosessorunu və iPad Pro dizaynını əldə edib. Planşet HDR dəstəkli 10.9 düym Liquid Retina ekran ilə təchiz olunub. Planşetin ön panelinin yuxarı hissəsində 12 MP-lik kamera yerləşdirilib. Planşet həmçinin 12 MP-lik arxa kameraya sahibdir. Yeni iPad Air modeli Apple M1 prosessoru ilə təchiz olunub. Məlumata əsasən M1 prosessoru daha əvvəlki iPad Air-də istifadə edilmiş A14 prosessorundan 60% daha performanslıdır.


    Bundan əlavə olaraq prosessorun qrafik çipi də 2 dəfə daha sürətlidir. Qeyd etmək lazımdır ki, M1-in tərkibinə 16 nüvəli Apple Neural Engine adlı neyron prosessoru, 8 nüvəli mərkəzi prosessor və 8 nüvəli qrafik prosessor daxildir. Apple bildirib ki, yeni iPad Air modeli bazarda olan digər rəqib planşetlərdən daha sürətli, öz qiymət kateqoriyasında isə Windows vasitəsilə çalışan istənilən noutbukdan 2 dəfə daha sürətlidir. 5-ci nəsil iPad Air modeli 64/256 GB daxili yaddaş həcminə sahibdir. Planşetin konstruksiyasında stereo səsgücləndiricilər və USB Type-C girişi mövcuddur.

    Yeni planşetin əsas fərqləndirici özəlliyi isə ondan ibarətdir ki, o, 5G dəstəyinə sahibdir. Touch ID texnologiyası planşetin yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Daha əvvəlki iPad modelləri kimi yeni iPad Air də Apple Pencil stilusunun dəstəyinə sahibdir. Bundan əlavə olaraq planşetə Magic Keyboard klaviaturasını da birləşdirmək olar. Ayrıca Apple Pencil stilusu 129$-a, Magic Keyboard klaviatura isə 299$-a satılır. Yalnız Wi-Fi dəstəkli modelin qiyməti 599$-dan, 5G dəstəkli modelin qiyməti isə 749$-dan başlayacaq. Planşet 18 mart tarixində satışa çıxacaq.

    Stolüstü Mac Studio kompüterinə gədikdə isə o, kompakt ölçülü Mac mini ilə Mac Pro arasında olan yeni cihazdır. O, güclü texniki özəlliklərə sahibdir və ilk növbədə video montaj, animasiyalar və 3D modelləşdirmə üzərində çalışaraq yüksək performans tələb edən yaradıcı insanlar üçün nəzərdə tutulub. Mac Studio 5 nanometrlik Apple M1 Ultra prosessoru ilə təchiz olunub. Bu, Apple tərəfindən yaradılmış ən güclü prosessordur. 20 nüvəli Apple M1 Ultra özündə 64 nüvəli qrafik prosessoru və 32 nüvəli neyron prosessorunu birləşdirir.

    Qeyd etmək lazımdır ki, Mac Studio-nun daha aşağı səviyyəli modelləri Apple M1 Max prosessoru ilə təchiz olunacaqlar. Mac Studio-nun mərkəzi prosessorunun gücü 28 nüvəli Intel Xeon ilə müqayisədə 60%, qrafik prosessorunun gücü isə Radeon Pro W6900X ilə müqayisədə 80% yüksəlib. Mac Studio metallik gövdəyə sahibdir və xarici görünüşcə bir qədər böyük ölçülü Mac mini-ni xatırladır. Kompüterin hündürlüyü 9.4 sm, uzunluğu və eni isə 19.6 sm təşkil edir. Kompüterdə güclü soyutma sistemi mövcuddur.

    Həmin soyutma sistemi havanı aşağı hissədən alaraq onu gövdənin arxa tərəfinə yönəldir. Mac Studio-da USB Type-C, 4 ədəd Thunderbolt 4, 10Gb Ethernet, 2 ədəd USB Type-A, HDMI girişləri və 3.5 mm-lik audiogiriş mövcuddur. Bundan əlavə olaraq kompüter özündə SD girişi də birləşdirir. Mac Studio-da Wi-Fi 6Bluetooth 5.0 dəstəyi reallaşdırılıb. Mac Studio 18 mart tarixində satışa çıxacaq. M1 Max prosessoruna sahib modelin qiyməti 1999$-dan, M1 Ultra prosessoruna sahib modelin qiyməti isə 3999$-dan başlayacaq.

    Təqdimat çərçivəsində təqdim edilmiş 5K keyfiyyətli 27 düym-lük Studio Display ekranı alüminium gövdəyə sahibdir. Ekranın yuxarı hissəsində 12 MP-lik ultragenişbucaqlı kamera yerləşdirilib. Ekranın arxa panelində 3 ədəd USB Type-C və 1 ədəd Thunderbolt 4 girişi mövcuddur. Ekranda olan Thunderbolt 4 girişi həmçinin digər cihazların şarj olunmaları üçün istifadə edilə bilər. Bu halda o, 96 vatt enerji gücünü təmin edir. Bu üsul ilə MacBook Pro-nu tez bir zamanda şarj etmək mümkündür. Ekran 6 ədəd səsgücləndiriciyə sahibdir. Onlardan 4-ü aşağı tezlikli, 2-si isə yuxarı tezlikli səsgücləndiricilərdir. Studio Display həmçinin Apple A13 Bionic prosessoru ilə təchiz olunub. Studio Display 18 mart tarixində 1599$ qiymətində satışa çıxacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×