main-post-cover

    Apple yeni A14 Bionic prosessoru barəsində məlumatlar verib

    Elm & Texnologiya
    16.09.2020
    Emil Nəcəfov
        Dünən keçirilmiş təqdimat zamanı Apple şirkəti yeni model planşet smart saatlardan əlavə olaraq 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış A14 Bionic prosessoru barəsində məlumatlar da verdi. Şirkət yeni prosessorun əsas özəllikləri barəsində danışıb və onu əvvəlki modellər ilə müqayisə edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə A14 Bionic prosessorunda tranzistorların sayı 11.8 milyarddır. Bu isə A13 Bionic prosessorundakı tranzistorların sayından 40% çoxdur. Apple bildirib ki, bu, prosessorun yaxşılaşdırılmış texniki göstəricilərə sahib olması deməkdir.
        6 nüvəli bu prosessor özündə 2 ədəd yüksək performanslı və 4 ədəd adi nüvəni birləşdirir. Şirkət qeyd edib ki, 5 nanometrlik texnoloji prosesə keçid sayəsində yeni iPad Air modeli əvvəlki modellərdən 40% daha güclüdür. Prosessora inteqrasya edilmiş yeni qrafik arxitektura isə yüksək enerji sərfiyyatı olmadan performansı 30% yüksəldir. Bununla yanaşı A14 Bionic 16 nüvəli Neural Engine adlı neyron prosessoruna sahibdir. Bu prosessor saniyədə 11 trilyon əməliyyatı yerinə yetirə bilir.
        Gözləntilərə əsasən iPhone 12 modellərinin hamısı A14 Bionic prosessoru ilə təchiz olunacaqlar. Beləliklə yeni iPhone modelləri smartfon bazarında 5 nanometrlik prosessorları əldə edəcək ilk modellər olacaqlar. Onu da qeyd etmək lazımdır ki, yeni A14 Bionic prosessorunun aşağı enerji sərfiyyatı sayəsində Apple şirkəti 5G dəstəkli iPhone 12 modellərində batareya həcmlərini azalda bilər. iPhone 12 modellərinin nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.
    Linki kopyala