Apple Watch Ultra 2 təqdim edilib - QİYMƏTİ

Apple Watch Ultra 2 təqdim edilib - QİYMƏTİ

Texnologiya
13.09.2023 PAYLAŞIM

    Apple şirkətinin təqdim etmiş olduğu yeni smart saat təkcə Apple Watch Series 9 olmayıb. Belə ki, şirkət keçən il təqdim edilmiş Apple Watch Ultra-nın ikinci nəslini də təqdim edib. Keçən ilki Watch Ultra ilə müqayisədə Watch Ultra 2 ciddi dəyişikliklər əldə etməyib. Lakin bununla belə yeni smart saat çox parlaq ekranı və bir neçə yeni funksiyanı əldə edib. Prosessor və software funksiyaları baxımından Apple Watch Ultra 2 modeli Watch Series 9 ilə eynidir. Lakin Watch Series 9-dan fərqli olaraq Watch Ultra 2-nin gövdəsi titan materialdan hazırlanıb. Üstəlik sözügedən smart saatın gövdəsində istifadə edilmiş titan material təkrar emal edilmiş materialdır.


    Smart saat özündə çox parlaq ekranı birləşdirir. Belə ki, onun ekranının parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Watch Ultra 2 enerjiyə qənaət rejimində daha çox çalışa bilir. Smart saatdan gündəlik istifadə rejimi çərçivəsində o, 36 saat ərzində çalışdığı halda, enerjiyə qənaət rejimi çərçivəsində bu göstərici 72 saat təşkil edir. Yəni keçən ilki Watch Ultra-nın enerjiyə qənaət rejimi çərçivəsində çalışdığı müddətdən fərqli olaraq Watch Ultra 2 bu rejim çərçivəsində 12 saat daha çox çalışa bilir. Digər bütün özəlliklər baxımından yeni smart saat keçən ilki modeli təkrarlayır. Apple Watch Ultra 2 smart saatı 22 sentyabr tarixində 799$ qiymətində satışa çıxacaq.



DAHA ÇOX


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..


CMF Buds Pro naqilsiz qulaqlığı və CMF Power şarj adapteri təqdim olunub - QİYMƏ..

Nothing şirkətinin CMF subbrendi CMF Watch Pro smart saatı ilə yanaşı həmçinin CMF Buds Pro naqilsiz..


Nothing-in CMF brendi öz ilk smart saatını təqdim edib - QİYMƏTİ

Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smart saatı CMF Watch Pro-nu təqdim edib.


Snapdragon 8 Gen 3-ün qrafik çipi Geekbench testlərindən keçib

Qualcomm gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Galaxy Tab S9 FE planşetlərinin fotoları və texniki göstəriciləri ortaya çıxıb..

Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti hal hazırda Galaxy Tab S9 FE planşet seriya..

×