main-post-cover

    Apple Watch modelləri İsveçrə saat brendlərinin məhsullarından daha məşhur olub

    Elm & Texnologiya
    06.02.2020
    Farid Pardashunas
        Smart saatların məşhurluqlarının yüksəlməsi isə adi klassik saatlar bazarda öz mövqelərini itirməyə davam edirlər. Strategy Analytics şirkətinin verdiyi məlumata əsasən geridə qalmış ilin nəticələrinə əsasən Apple şirkətinin daşınıla bilən cihazları İsveçrənin ən nüfuzlu saat istehsalçılarını geridə qoyublar. Həmin istehsalçılar onilliklər ərzində saat bazarında trendləri təyin edirdilər. Bu barədə The Verge saytı xəbər verib. Təqdim edilmiş statistikaya əsasən 2019-cu ildə Apple şirkəti 30.7 milyon ədəd smart saat sata bilib.
        Bu isə 2018-ci ildəki götəricidən 36% yüksəkdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, İsveçrənin Swatch, Tissot TAG Heuer kimi məşhur və nüfuzlu brendləri həmin müddət ərzində 21.1 milyon saat sata biliblər. Məlumatda qeyd olunub ki, Apple Watch daha çox Şimali Amerikada, Qərbi Avropada və Asiyada məşhurdur. Analoq saatlara tələbat isə əsasən orta yaşlı insanlar tərəfindən olur. Qeyd etmək lazımdır ki, ilk dəfə Apple şirkəti satışlara görə İsveçrə brendlərini hələ 2017-ci keçmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər