main-post-cover

    Apple Watch 4 haqqında ilkin məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    28.03.2018
    Emil Nəcəfov
        Bugün məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin öz yeni Apple Watch 4 cihazı ilə daşına bilən cihazlar bazarının böyük bir hissəsini necə ələ alacağı barəsində danışıb. Onun sözlərinə əsasən yeni Apple Watch smart saatları istifadəçilərin istədikləri özəllikləri əldə edəcək. Lakin bunun da özünəməxsus qiymət göstəriciləri olacaq. İlk öncə Ming-Chi Kuo qeyd edib ki, şirkət yeni model Apple Watch-ın ekranını 15% böyüdəcək. Bu cihazların hal-hazırki modellərinin ekranları 38 və 42 mm böyüklüyündədir.

        Yeni modellərdə ekran ölçüsünün böyüdülməsi hesabına bu göstəricilər 44 və 48 mm olacaq. Bundan əlavə olaraq yeni modellərin ekranlarında şirkətin öz inqilabi texnologiyasından istifadə oluna bilər. Bununla belə ekran ölçüsünün böyüdülməsi çərivələrin kiçildilməsi hesabına da baş verə bilər. Lakin daha bir nüans bu ehtimalı aradan qaldırır. Belə ki, smart saatların yeni modellərində çox güman ki, batareyaların ölçüləri də böyüdüləcək. Bu isə öz növbəsində bir qayda olaraq saatların korpus ölçülərinin də böyüdülməsinə gətirib çıxaracaq.
        Analitikin sözlərinə əsasən Apple Watch 4 smart saatların daxilində ürək döyüntüsünü təyin edən ötürücüdən əlavə daha çox digər növ ötürücülər də olacaq. Həmin ötürücülərin hansı növ ötürücülər olacağı barəsində heç bir məlumat yoxdur. Güman olunur ki, Apple Watch 4 hal-hazırki smart saatların qiymətində satılacaq, lakin daha yaxşı texniki göstəricilərə sahib olacaq. Bundan əlavə olaraq şirkət satışda olan köhnə modellərin qiymətlərini də aşağı endirəcək. Kuo-nun fikrincə şirkət keçən ildən fərqli olaraq bu il 30% daha çox smart saat sata biləcək. 
    Linki kopyala