main-post-cover

    Apple Vision Pro ekranlarının hansı göstəricidə təsvir yenilənməsinə sahib olacaqları məlum olub

    Elm & Texnologiya
    08.06.2023
    Farid Pardashunas
        Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq cihazının sahib olduğu ekranlar sözün əsl mənasında yüksək keyfiyyətli ekranlardır və onların hər biri öz piksel sıxlığı ilə diqqəti cəlb edir. Lakin məlum olub ki, Vision Pro-nun ekranları təsvir yenilənməsi göstəricisi baxımından eyni heyranlığa səbəb olmayacaqlar. Belə ki, Vision Pro-nun ekranları yalnız 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyirlər. Bu barədə məlumat Apple şirkətinin tərtibatçılar üçün təqdim etmiş olduğu videolardan birində qeyd edilib. Qeyd etmək lazımdır ki, iPhone Pro iPad Pro modellərinin ekranlarında təsvir yenilənməsi 120 Hz təşkil edir. Apple bildirib ki, saniyədə 24 kadr sürətə sahib videoların baxışı zamanı Vision Pro-nun ekranlarındakı təsvir yenilənməsi yüksələ bilər. Lakin bu göstərici 96 Hz-dən yüksək olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər