main-post-cover

    Apple VirnetX şirkətinə uduzdu: 503 milyonluq patent məhkəməsi

    Elm & Texnologiya
    25.11.2019
    Nijat Hamid
            Keçən il Amerika mərkəzli iki şirkət olan VirnetXApple patent haqqları səbəbi ilə məhkəmədə qarşı-qarşıya gəlmişdilər. Apple şirkətinin patent haqqlarını pozduğunu iddia edən VirnetX məhkəmə haqqlı çıxmış, Apple şirkəti isə 503 milyon dollar dəyərində bir cəza verilmişdi. İddialara görə Apple 4 fərqli patentdə pozuntular etmişdi. Lakin Amerika Apelyasiya Məhkəməsi bu patentlərdən 2-sini haqqlı görmüş, digər 2-sini isə Apple xeyrinə bir qərarla bağlamışdı.

    Apple və VirnetX 2010-ilindən bu yana bir savaşın içindədilər. Səbəb isə VirnetX şirkətinin açdığı patent məhkəmələridir.

            Son məhkəmə isə 4G LTE virtual gizli şəbəkələrlə bağlı patentlərin pozulması səbəbi ilə açıldı. Qeyd edək ki, bu məhkəmənin əsası Apple şirkətinin iMessage, FaceTime VPN on Demand-ın VirnetX şirkətinə məxsus 4 patentini pozulması ilə bağlı idi. Digər tərəfdən VirnetX şirkəti ictimai bir şirkət olması səbəbilə medyada bu xəbərlər çıxandan sonra şirkət hissələrində 34%-lik bir geriləmə baş verdi. 503 milyon hər nəqədər böyük rəqəmlər olaraq görülsə də, Apple kimi milyardla oynayan bir şirkət üçün heç də ciddi rəqəmlər deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər