main-post-cover

    Apple şirkətinin yeni çipseti A12 GeekBench rekordları qırdı

    Elm & Texnologiya
    08.05.2018
    Nijat Hamid
    Bildiyimiz kimi Apple cihazlarında öz istehsalı olan çipsetlərdən istifadə edir. A11 Bionic adı verilən çipset mobil prosessor bazarında ən güclülər arasında yer alır. Bu gün çıxan GeekBench testlərinə görə, 2018 model iPhone-larda istifadə ediləcək A12 çipseti ən güclü prosessor olacaq.
    Apple A12 çipseti GeekBench testində çox nüvəli performansda 13.000, tək nüvəli performansda isə 5.200 kimi yüksək qiymətlər topladı.    
    Bu nəticələr Android tərəfində olan prosessorlardan daha çoxdu. A12 prosessorları ilə gələcək yeni iPhone-lar telefon bazarındakı ən güclü telefonlar olacaq. Bu da o deməkdir ki, əvvəlki iPhone-lara görə 25-30% daha güclü olacaqlar. Lakin A12 çipsetinin bəzi problemləri var. Belə ki, Apple istəyir ki, bu yeni prosessor ilə güc ehtiyacı 40% azalsın. Amma testlər göstərir ki, 23%-dən artıq keçmir, yəni gözlənilən güc dəyərindən daha çox istifadə edir. 7 nm ölçüsündə istehsal edilən çipin biraz daha təkminləşdirilməyə ehtiyacı var anlaşılan.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər