main-post-cover

    Apple şirkətinin smart brelokunun mövcudluğu barəsində sübut iOS 13-də aşkar edilib

    Elm & Texnologiya
    20.09.2019
    Farid Pardashunas
        iOS 13 əməliyyat sisteminin yeni test versiyasında tərtibatçılar Apple şirkətinin axtarış trekerinin mövcudluğunun növbəti sübutunu aşkar ediblər. Bu barədə Macrumors saytı xəbər verib. Belə ki, tərtibatçılar əməliyyat sisteminin Lokator tətbiqində B389 kod adına sahib bilinməyən treker cihazını aşkar ediblər. Həmin cihazın təsvirində qeyd olunub ki, onun vasitəsilə özəl əşyaların yerlərini təyin etmək və onları itirməmək mümkündür. Məlumata əsasən Apple şirkəti bu ilin əvvəlindən bəri cihazlar üçün nəzərdə tutulmuş brelok tərzli axtarış trekeri üzərində çalışır.
        Çox güman ki, sözügedən axtarış treker Apple U1 çipi ilə təchiz olunacaq. Bu çip axtarış trekerinin hətta 5-10 sm məsafəyə kimi dəqiq yerini təyin edə biləcək genişzolaqlı kanaldan istifadə edəcək. B389 kod adına sahib cihaz həmçinin səs siqnallarını da ötürəcək. Bir sıra insayderlər güman edirdilər ki, Apple şirkəti axtarış trekerini iPhone 11 modelləri ilə birlikdə təqdim edəcək. Lakin bu baş vermədi. Heç istisna deyil ki, şirkət yeni cihazı iPad və Mac məhsullarının təqdimatlarının keçiriləcəyi oktyabr ayının sonunda təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər