Reklam
Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının texniki özəllikləri barəsində yeni məlumatlar verilib

Texnologiya
28.06.2022 PAYLAŞIM

    Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində məlumatlar mütəmadi olaraq çıxmağa davam edir. Hələ dünən məşhur analitik Ming-Chi Kuo məlumat vermişdi ki, şirkətin qarışıq reallıq cihazının ilk versiyası artıq gələn ilin yanvar ayında satışa çıxacaq. İndi isə Bloomberg saytının jurnalisti Mark Gurman sözügedən cihaz barəsində yeni məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən qarışıq reallıq cihazı Apple şirkətinin M2 prosessoru ilə təchiz olunacaq və həm artırılmış reallıq həm də virtual reallıq ilə çalışa biləcək. Bundan əlavə olaraq sözügedən cihaz 16 GB RAM ilə təchiz olunacaq. Daha öncə analitik Ming-Chi Kuo qeyd etmişdi ki, şirkətin artırılmış reallıq cihazı performans baxımından M1 prosessoru səviyyəsində olacaq əsas prosessor və məlumatların emal edilməsi üçün nəzərdə tutulmuş bir qədər aşağı performanslı əlavə prosessor ilə təchiz olunacaq.

    Gurman öz hesabatında qarışıq reallıq cihazının əlavə prosessor ilə təchiz olunacağı barəsində məlumat verməsə də, digər mənbələr bunun olma ehtimalının yüksək olduğunu qeyd ediblər. Əgər Apple ilk əvvəl cihazda əsas prosessor qismində M1-dən istifadə etmək niyyətində idisə, indi onun daha performanslı alternativinə keçid etmək daha məntiqli olar. Hələ bir neçə müddət budan öncə keçirilmiş WWDC 2022 konfransı çərçivəsində təqdim edilmiş M2 prosessoru M1 ilə müqayisədə 18% daha sürətli CPU-ya və 35% daha sürətli GPU-ya sahibdir. Bundan əlavə olaraq Gurman qeyd edib ki, qarışıq reallıq cihazı iPhone kimi digər cihazlardan müstəqil şəkildə çalışa biləcək. Məhz buna görə də onun 16 GB RAM ilə təchiz olunacağı gözlənilir. Bəzi məlumatlara əsasən Apple şirkətinin direktorlar şurası qarışıq reallıq cihazının prototipini may ayında artıq test edib. Bu yaxınlarda isə məlum oldu ki, şirkət RealityOS adlı yeni əməliyyat sistemini qeydiyyatdan keçirdib. Apple şirkəti bu cür cihazı ya bu il ya da gələn il təqdim edə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×