Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİDEO)

Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİDEO)

Texnologiya
14.09.2021 PAYLAŞIM

    Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan edib. Onun yaratdığı kosmik şirkət Privateer Space adını əldə edib. Təəssüflər olsun ki, Wozniak bu yeni şirkət barəsində ətraflı məlumat verməyib. O sadəcə olaraq bldirib ki, Privateer Space şirkəti digər kosmik şirkətlərə bənzəməyəcək. Yeni kosmik şirkət barəsində təqdim edilmiş tizer videosunda qeyd edilib ki, şirkətin həmtəsisçisi kimi həmçinin Alex Fielding çıxış edir. Qeyd etmək lazımdır ki, Alex Fielding Apple şirkətinin keçmiş mühəndisidir. Wozniak və Fielding dəfələrlə birgə layihələr üzərində çalışıblar. Məsələn 2002-ci ildə onlar Wheels of Zeus adlı şirkətin həmtəsisçiləri kimi çıxış etmişdilər.


    Bu şirkət GPS naviqasiyası əsasında smart trekerlərin hazırlanması ilə məşğul olurdu. Lakin 2006-cı ildə sözügedən layihə bağlanmışdı. Daha sonra Wozniak robototexnika şirkəti olan Ropcord Networks-un direktorlar şurasına daxil olmuşdu. Bu şirkət isə Alex Fielding tərəfindən yaradılmışdı. Privateer Space şirkətinin rəsmi saytında qeyd edilib ki, bugün baş tutacaq AMOS adlı texnoloji konfransda yeni kosmik şirkət barəsində daha ətraflı məlumat veriləcək. Görünür, Wozniak və Fielding yüksək rəqabətin olduğu aerokosmik xidmətlər bazarına daxil olmaq istəyirlər. Bu bazarda Elon Musk-ın SpaceX şirkəti və Jeff Bezos-un Blue Origin şirkəti yüksək üstünlüklərə sahibdirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×