main-post-cover

    Apple şirkətinin axtarış trekeri cihazının adı bəlli oldu

    Elm & Texnologiya
    29.10.2019
    Emil Nəcəfov
        Tərtibatçılardan biri iOS 13.2 əməliyyat sisteminin daxilində AirTag adlı qovluq aşkar edib. Çox güman ki, Apple şirkətinin axtarış trekeri cihazının adı məhz AirTag olacaq. Bu barədə 9to5mac saytı xəbər verib. Əməliyyat sisteminin daxilində olan AirTag1_1-CL_0.devicebundle adlı qovluğunda AirPods, HomePod və digər cihazların fotoları var. Bu isə bilərəkdən edilib ki, təqdimatdan öncə cihazın dizaynı və ya fotosu ortaya çıxmasın. BatterySwap adlı bəzi animasiyalar onu göstərir ki, sözügedən cihazın batareyalarını dəyişmək mümkün olacaq. Apple şirkətinin bu cihazı nə zaman təqdim edəcəyi barəsində bir məlumat yoxdur.
    Linki kopyala