main-post-cover

    Apple şirkətinin AR cihazının çıxış tarixi məlum oldu

    Elm & Texnologiya
    12.11.2019
    Farid Pardashunas
        Apple öz əməkdaşları üçün şirkətdaxili görüş keçirdib və həmin görüşdə bildirib ki, şirkətin ilk AR cihazı 2022-ci ildən tez satışa çıxmayacaq. Bu barədə The Information saytı xəbər verib. Məlumatda qeyd edilib ki, şirkəti öz AR cihazını 2022-ci ildə, premium növ AR cihazını isə 2023-cü ildə satışa çıxarmağı planlaşdırır. AR cihaz üzərində çalışan tərtibatçılardan ibarət komandanın görüşü oktyabr ayında Apple Park kampusundakı Steve Jobs adına teatrda keçirilib.
        Keçirilmiş görüş çərçivəsində şirkətin top menecerləri yeni məhsulların çıxış tarixləri üzrə müzakirələr aparıb və şirkət əməkdaşları üçün şirkətdaxili təqdimat keçirdiblər. Anonim mənbələrin verdikləri məlumata əsasən sözügedən görüşdə 1000-ə yaxın insan iştirak edib. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti öz AR cihazını 2020-ci ildə satışa çıxardacaq. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, AR cihazın hazrlanması üçün Apple şirkəti ABŞ-ın kompüter oyunları istehsalçısı olan Valve ilə əməkdaşlıq edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər