main-post-cover

    Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

    Elm & Texnologiya
    23.09.2021
    Farid Pardashunas
        iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni məlumata əsasən şirkətin gələn il hamını təəccübləndirəcək məhsulu var. Söhbət, AR (Artırılmış Reallıq) cihazından gedir. Digitimes saytı öz mənbələrinə istinadən xəbər verib, Apple öz ilk AR cihazının prototipinin ikinci test mrərhələsini yekunlaşdırıb. Nəticədə cihaz Engineering Verification Testing (EVT) adlı üçüncü test mərhələsinə keçid edib.
        Gözləntilərə əsasən Apple şirkətinin AR cihazının irimiqyaslı istehsalına 2022-ci ilin ikinci rübündə start veriləcək. Cihazın satışa çıxması isə 2022-ci ilin ikinci yarısında gözlənilir. Qeyd etmək lazımdır ki, Apple CEO-su Tim Cook dəfələrlə bildirib ki, AR texnologiyası insanların həyat tərzlərini dəyişəcək. O həmçinin AR texnologiyasının yüksək inkişaf səviyyəsinə çatmağını istəyir. Lakin bəzi məlumatlara əsasən Tim Cook Apple mühəndisləri tərəfindən hazırlanan AR cihazın çalışma müddətindən, ağırlığından və istilik ifrazından narazıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər