main-post-cover

    Apple şirkətinin A12X Bionic çipi dünyanın ən güclü mobil prosessoru adına laiq görülüb

    Elm & Texnologiya
    01.11.2018
    Farid Pardashunas
        Apple iPad Pro (2018) planşetinin təqdimatı zamanı şirkət onun texniki performansına xüsusi diqqət yetirərək yeni planşet modelini oyun konsolu ilə bir səviyyədə tutdu. Mütəxəssislər isə artıq yeni planşet modelini məşhur Geekbench bençmark saytının testlərindən keçirdiblər. Yeni iPad Pro modeli Apple A12 Bionic prosessorunun təkmilləşdirilmiş versiyası olan A12X Bionic ilə təchiz olunub. Versiyalardan asılı olaraq planşet 4/6 GB RAM-a sahibdir. Geekbench bençmark saytında iOS 12.1 əməliyyat sistemi ilə çalışan hər iki versiyanın test nəticələri ortaya çıxıb. Beləliklə 11 inç ekrana və 4 GB RAM-a sahib iPad Pro birnüvəli testdə 4987 xal, çoxnüvəli testdə isə 17928 xal toplayıb.

        12.9 inç ekrana və 6 GB RAM-a sahib iPad Pro birnüvəli testdə 5030 xal, çoxnüvəli testdə 17995 xal toplayıb. Lakin bir qədər sonra saytda sonuncu versiyanın daha diqqətə laiq nətiələri ortaya çıxıb. Belə ki, sonradan ortaya çıxmış nəticədə planşet çoxnüvəli testdə 18217 xal toplamışdı. Nəticədə 8 nüvəli yeni A12X Bionic öz əvvəlki modelini geridə qoymaqla yanaşı həmdə Intel Core i7 prosessoru və 16 GB RAM ilə təchiz olunmuş MacBook Pro (2018) modelini də üstələdi. Beləliklə A12X Bionic dünyanın ən güclü mobil prosessoru adına laiq görülüb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər