main-post-cover

    Apple şirkəti yeni maliyyə rekorduna imza atdı

    Elm & Texnologiya
    29.01.2020
    Emil Nəcəfov
        Hər il Apple şirkəti iOS əməliyyat sisteminin yeni versiyasının işıq üzü görməsindən bir neçə ay sonra onun adaptasiya uğurları barəsində məlumat verir. Bu il də istisna olmadı. Lakin bu dəfə iOS-in statistikalarından əlavə olaraq şirkətin CEO-su Tim Cook bütün dünya üzrə satılmış iPhone və iPad cihazlarının ümumi aktiv istifadə statistikasını da təqdim edib. Bu barədə 9to5mac saytı xəbər verib. 2020-ci ilin ilk maliyyə rübü Apple şirkəti üçün yeni maliyyə rekordu ilə başa çatıb.
        Belə ki, şirkət həmin müddət ərzində 91.8 milyard dollar gəlir əldə edib. Bu cür göstərici isə şirkət tarixində ən rekord göstərici hesab edilir. 1 il bundan öncə şirkətin aktiv mobil cihazlarının sayı 1.4 milyard idi. Onlardan 900 milyonu iPhone idi. Lakin indi həmin göstərici 1.5 milyard aktiv cihaz təşkil edib. Beləliklə şirkət əldə etdiyi ümumi gəlirin 55.96 milyard dollarını iPhone satışlarından, 12.72 milyard dollarını öz servislərindən, 7.16 milyard dollarını Mac kompüteri və noutbuklarından, 10.01 milyard dollarını daşınıla bilən cihazlardan, 5.98 milyard dollarını isə iPad satışlarından əldə edib.
        Tim Cook onu da qeyd edib ki, şirkət hələ də Apple AirPods qulaqlıqlarına və Apple Watch Series 3 smart saatlarına olan yüksək tələbatın öhdəsindən gələ bilmir. Gözləntilərə əsasən Apple şirkəti yaxın müddətdə 1 milyard ədəd aktiv iPhone göstəricisinə çata bilər. Hər il şirkət öz məhsullaırnın istehsalat saylarını 100 milyon ədəd yüksəldir. 
    Linki kopyala