main-post-cover

    Apple şirkəti yeni iPad 2019-u təqdim etdi: Qiymət məlumdur

    Elm & Texnologiya
    10.09.2019
    Farid Pardashunas
        Heç gözlənilmədən Apple şirkəti öz təqdimatı zamanı yeni iPad modelini təqdim etdi. Sadəcə olaraq iPad adlanan yeni model 9.7 düym ekrana sahib iPad modelini əvəz edəcək. Yeni modelin əsas özəlliyi böyüdülmüş ekran ölçüsü olub. Buna baxmayaraq o həm də bahalı iPad modellərinin bəzi özəlliklərini də əldə edib. Beləliklə yeni iPad (2019) modeli 10.2 düym Retina ekran əldə edib. Buna görə də Apple şirkəti hal hazırda aktual olan iPad seriyasında 9.7 düym ekrana shaib iPad modelindən imtina etdi.
        Böyüdülmüş ekran ilə birlikdə iPad (2019) modeli həmçinin 4 nüvəli A10 Fusion prosessoru ilə təchiz olunub. Həmin prosessor ilk dəfə iPhone 7iPhone 7 Plus modellərinə quraşdırılmışdı. Yeni iPad modeli iPadOS əməliyyat sistemi vasitəsilə çalışır və onun bütün imkanlarını dəstəkləyir. 10.2 düym ekrana sahib iPad (2019) modelinin daha bir üstünlüyü də ondan ibarətdir ki, o, Smart Connector özəlliyinə sahibdir.
        Onun vasitəsilə yeni iPad modelinə xarici klaviaturanı qoşmaq mümkündür. Bütün bunlardan əlavə olaraq yeni iPad (2019) Apple Pencil stilusunu, Home düyməsinə inteqrasiya edilmiş Touch ID texnologiyasını dəstəkləyir və bir dəfə şarj olunandan sonra 10 saat ərzində çalışa bilir. Yeni iPad modeli 30 sentyabr tarixində satışa çıxacaq. Wi-Fi modula sahib olacaq model 329$-a, LTE modula sahib olacaq model isə 459$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər