main-post-cover

    Apple şirkəti WWDC 2021 konfransının keçirilmə tarixini elan edib

    Elm & Texnologiya
    30.03.2021
    Farid Pardashunas
        Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransının keçirilmə tarixini elan edib. Keçən il oluğu kimi bu il də konfrans online formatda baş tutacaq. Konfrans çərçivəsində Apple şirkətinin əməliyyat sistemlərinin yeni versiyalarının və potensial hardware məhsullarının təqdimatları gözlənilir. Beləliklə bu il WWDC konfransı 7-11 iyun tarixlərində keçiriləcək. Konfrans çərçivəsində iOS 15-i, macOS 12-ni və Apple şirkətinin digər əməliyyat sistemlərinin yeni versiyalarının təqdim olunacaqları gözlənilir.
        Heç istisna deyil ki, şirkət həmçinin bir sıra hardware məhsullarının da təqdimatlarını keçirtsin. Məsələn keçən ilki WWDC-nin böyük hissəsi Apple kompüterlərinin fərdi ARM prosessorlara keçidlərinə həsr olunmuşdu. Çox güman ki, WWDC 2021-də də bu, əsas mövzulardan biri olacaq. Maraqlısı ondadır ki, bu ilki WWDC üçün həsr edilmiş reklam posterlərində personajlar eynəklərdə əks olunublar. Bəzi istifadəçilər güman edirlər ki, bu, konfrans çərçivəsində Apple şirkətinin öz smart eynəyini təqdim edəcəyinə işarədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər