Apple şirkəti WWDC 2019 tədbirinin keçirilmə tarixini elan etdi
Elm & Texnologiya
15.03.2019
Emil Nəcəfov
Apple şirkəti hər il tərtibatçılar üçün keçirtdiyi Worldwide Developers Conference (WWDC) tədbirinin bu ilki tarixini rəsmi şəkildə elan etdi. Beləliklə bu ilki tədbir 3-7 iyun tarixlərində San Xosedə baş tutacaq. Artıq indidən tərtibatçılar WWDC 2019 tədbirində iştirak üçün sorğu göndərə bilərlər. Sorğuların qeydiyyatı 21 mart tarixinə kimi davam edəcək. Tədbirdə iştirak biletləri isə təsadüfi şəkildə iştirakçılara təqdim ediləcək. Bundan əlavə olaraq tədbirin canlı yayımı da olacaq.
Bu ilki WWDC tədbirində Apple şirkəti iOS, macOS, watchOS və tvOS sistemlərinin inkişaf planlarından və həmçinin artırılmış reallıq, süni zəka, səhiyyə və fitnes sahəsindəki hazırlanan məhsullarından xəbər verəcək. Ənənəvi olaraq bu tədbirdə iOS 13, macOS 10.15, watchOS 6 və tvOS 13 əməliyyat sistemləri təqdim olunacaqlar. Adətən onlar tədbirin ilk günündə təqdim olunurlar. Onu da qeyd etmək lazımdır ki, 25 mart tarixində Apple şirkəti özünün növbəti təqdimat tədbirini keçirdəcək. Məlumata əsasən həmin tədbirdə şirkət 10 düym ekrana sahib yenilənmiş iPad modelini, iPad Mini 5 modelini, iPod 7-ni və s. məhsulları təqdim edəcək.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!