Apple şirkəti Watch Series 6 və Watch SE smart saatlarını təqdim edib - QİYMƏTİ

Apple şirkəti Watch Series 6 və Watch SE smart saatlarını təqdim edib - QİYMƏTİ

Texnologiya
15.09.2020 PAYLAŞIM

    Apple şirkəti online rejimdə keçirtdiyi təqdimat zamanı Apple Watch Series 6 və Watch SE smart saat modellərini təqdim edib. Təqdim olunmuş yeni smart saat modelləri ənənəvi dizayna sahib olsalar da onlar bir sıra yeni özəlliklər əldə ediblər. Watch Series 6-nın əldə etdyi ən əsas yenilik ondan barətdir ki, o xüsusi sensora sahibdir və həmin sensor insan qanındakı oksigen miqdarını ölçə bilir. Smart saat bu prosesi 15 saniyə ərzində reallaşdırır. Maraqlısı ondadır ki, cihaz qandakı oksigen miqdarını həmçinin gecə vaxtı istifadəçi yatan zaman da ölçür. Daha sonra istifadəçi əldə edilmiş nəticəyə xüsusi tətbiqdə baxa bilər.


    Watch Series 6 modeli A13 Bionic əsasında hazırlanmış Apple S6 çipi ilə təchiz olunub. Bu çip xüsusi olaraq smart saat üçün optimizasiya edilib. Bununla yanaşı smart saat Always on Display funksiyasına sahib yeni ekran ilə təchiz olunub. Ekranın gün işığı altında parlaqlığı 20%, Always on Display rejimində isə 2.5% yüksəlib. Apple Watch Seires 6 üçün təqdim edilmiş xüsusi aksessuar Sololoop adlı kəmərdən ibarətdir. Onun əsas özəlliyi ondan ibarətdir ki, o, xüsusi dartılan materialdan hazırlanıb və istifadəçinin biləyinin formasını əldə edir.

    Əvvəlki modellərdən fərqli olaraq Apple Watch Series 6 şarj prosesini 20% daha sürətlə reallaşdırır. iPhone SE modeli kimi Apple şirkəti həmçinin Watch SE smart saat modelini də təqdim edib. Sözügedən model özündə Series 6-nın yeniliklərini birləşdirsə də daha sadələşdirilmiş versiya kimi çıxış edir. Şirkətin əvvəlki smart saat modellərində olmuş bütün funksiyalar Watch SE-də də reallaşdırılıb. Bununla belə Watch SE modeli Watch Series 3-dən 2 dəfə sürətli çalışır. Sadələşdirilmiş versiya Apple S5 çipi ilə təchiz olunub.

    Series 6 kimi Watch SE modeli daimi aktiv kompas və yüksəkliyin təyin olunması üçün xüsusi ötürücü ilə təchiz olunub. Watch Series 6 modeli 399$ qiymətində, Watch SE modeli isə 279$ qiymətində satışa çıxacaq. Smart saatlar 18 sentyabr tarixində satışa çıxacaqlar. Təqdimat zamanı Apple şirkəti bildirib ki, o, ətraf mühiti daha təmiz etmək niyyətindədir. Buna görə də yeni smart saatların komplektlərində şarj adapteri olmayacaq. Alıcılar smart saatların qutularında əlavə aksessuar kimi yalnız şarj naqilini əldə edəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


GMC şirkəti elektrikləşdirilmiş Hummer EV pikapını təqdim edib - QİYMƏTİ..

ABŞ-ın GMC şirkəti elektromühərrik ilə təchiz olunmuş Hummer EV modelini təqdim edib.


Microsoft şirkəti SpaceX ilə birlikdə kosmik peyklər əsasında bulud şəbəkə yarad..

Kosmik peyklər əsasında bulud şəbəkənin yaradılması üçün Microsoft şirkəti SpaceX ilə birlikdə partn..


Xiaomi şirkəti 80 vatt gücündə olan yeni sürətli naqilsiz şarj texnologiyasını t..

Xiaomi şirkəti Çində 80 vatt gücündə olan Wireles Charging Technology adlı yeni sürətli naqilsiz şar..


Pentaqon hərbi yük daşımaları üçün SpaceX raketlərindən istifadə etməyi planlaşd..

Pentaqonun nəqliyyat komandanlığı SpaceX şirkəti ilə birlikdə Yer kürəsinin istənilən nöqtəsinə tonl..


Blue Origin şirkəti turistlər üçün nəzərdə tutulmuş çoxistifadəli kosmik raketi ..

Turistləri komsoa göndərməyi planlaşdıran Blue Origin aerokosmik şirkəti New Shepard adlı ksomoik gə..


Tesla şirkəti 5-ci səviyyəli avtopilot sisteminin beta versiyasını işə salmağa h..

Keçən ay keçirilmiş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk bildirmişdi ki, Tesla şirk..

×