Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər?
Elm & Texnologiya
22.01.2021
Farid Pardashunas
Apple şirkəti VR cihaz üzərində çalışır və onu 2022-ci ildə satışa çıxarda bilər. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları ilə rəqabət aparmaq niyyətindədir. Qeyd etmək lazımdır ki, adları sadalanmış brendlərin VR cihazlarının qiymətləri 300$-900$ təşkil edir. Məlumatda qeyd edilib ki, Apple şirkətinin VR cihazı daha baha qiymətə satılacaq.
Məlumata əsasən çətin ki, Apple şirkətinin hər bir mağazası gün ərzində bir VR cihazdan çoxunu sata bilsin. Şirkət bütün dünya üzrə 500-ə yaxın mağazaya sahibdir. Bloomberg-in hesablamalarına əsasən şirkətin VR cihazının illik satış göstəricisi 180.000 ədəd olacaq. İnsayderlər qeyd ediblər ki, Apple şirkətinin VR cihazında çox güclü prosessordan istifadə olunacaq və o, performans baxımından Apple M1-i geridə qoyacaq.
Bununla yanaşı VR cihaz soyutma sistemi ilə də təchiz olunacaq. Cihazın çəkisini aşağı salmaq üçün şirkət istifadəçi üzü ilə cihaz arasındakı boşluğu aradan qaldıracaq. VR cihazlarda bu boşluq adətən eynəkdən istifadə edən istifadəçilər üçün nəzərdə tutulur. Cihazın çəkisinin aşağı salınması üçün şirkət həmçinin onun dizaynında parça materialdan istifadə edəcək. Güman olunur ki, sözügedən VR cihaz batareya vasitəsilə çalışacaq və kompüterə qoşulmağa ehtiyac duymayacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək