Apple şirkəti Touch ID texnologiyasını iPhone'lara geri qaytaracaq

Apple şirkəti Touch ID texnologiyasını iPhone'lara geri qaytaracaq

Texnologiya
06.09.2019 PAYLAŞIM

    Apple şirkəti Touch ID texnologiyasını yenidən iPhone modellərinə inteqrasiya edəcək. Lakin bu məsələ 10 sentyabr tarixində təqdim ediləcək yeni iPhone modellərinə şamil olunmur. Çox güman ki, şirkət Touch ID texnologiyasını iPhone-lara ya 2020-ci ildə ya da 2021-ci ildə inteqrasiya edəcək. Bu barədə Bloomberg saytı xəbər verib. Sözügedən gedən texnologiya smartfon ekranına inteqrasiya ediləcək və istifadəçi barmağının istənilən ekran hissəsinə toxunuşuna reaksiya verəcək.

    Məlumata əsasən bu texnologiya həm şirkət daxilində həm də Apple üçün smartfon komponentlərini istehsal edən istehsalçılar daxilində test olunur. Qeyd etmək lazımdır ki, Touch ID texnologiyası ilk dəfə 2013-cü ildəki iPhone modellərində ortaya çıxmışdı və fiziki Home düyməsinə inteqrasiya edilmişdi. Lakin 2017-ci ildə şirkət həmin texnologiyanı Face ID texnologiyası ilə əvəz etmişdi.

    Bütün sonuncu iPhone və iPad Pro modelləri məhz Face ID texnologiyası ilə təchiz olunurlar. Touch ID texnologiyası isə yalnız iPad Air ilə MacBook Pro modellərində reallaşdırılır. Bloomberg-in verdiyi məlumata əsasən gələcək iPhone modellərində həm Touch həm də Face ID texnologiyaları olacaq. Bloomberg həmçinin təsdiqləyib ki, şirkət iPhone SE-nin davamçısı olacaq büdcəli iPhone modelini istehsal etməyi planlaşdırır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. ..


Huawei yeni Kirin prosessor modelini təqdim etməyə hazırlaşır

Yaxın günlərdə Huawei şirkəti yeni smartfon modellərindən əlavə olaraq yeni Kirin prosessorunu da tə..


Huawei şirkəti P40 flaqman seriyası üçün Wi-Fi 6 standartının təkmilləşdirilmiş ..

Keçən ilin ortasından başlayaraq elektron cihaz istehsalçıları öz məhsullarına Wi-Fi 6 standartının ..


Microsoft şirkəti öz antivirus tətbiqinin Android və iOS versiyaları üzərində ça..

Microsoft şirkətinin portfoliosuna təkcə Windows ilə Office paketi daxil deyil. Şirkətin digər bir m..


LG V60 ThinQ flaqman smartfonunun ilk press render fotosu ortaya çıxdı

LG-in yeni flaqman smartfon modeli olacaq LG V60 ThinQ-in ilk press render fotosu ortaya çıxıb.


Android 11-də yeni jestlər sistemi aşkar edilib: Smartfonun arxa panelinə 2 dəfə..

Bir neçə gün bundan öncə Google şirkəti tərtibatçılar üçün Android 11 Developers Preview-nun ilk ver..