main-post-cover

    Apple şirkəti öz filmləri ilə seriallarının yaradılmasına 6 milyard dollar vəsait ayırıb

    Elm & Texnologiya
    20.08.2019
    Farid Pardashunas
        Apple şirkəti özünün Apple TV+ online kinoteatrının filmlərinin, seriallarının və şoularının istehsalı üçün 6 milyard dollar vəsait ayırıb. Bu barədə The Financial Times saytı xəbər verib. İlk öncə şirkət öz orijinal kontentinin yaradılması üçün 1 milyard dollar vəsait ayırmışdı. Lakin istehsal prosesi zamanı xərclənən vəsaitlərin həcmi artdı.
        Təkcə məşhur Hollywood ulduzları olan Jennifer Aniston ilə Reese Withespoon-un iştirakı ilə yaradılan şouya Apple şirkəti bir neçə yüz milyon dollar vəsait xərcləyib. Müqayisə üçün qeyd etmək lazımdır ki, məşhur Game of Thrones serialının hər bir final seriyasının büdcəsi 15 milyon dollar təşkil etmişdi. Bloomberg saytının məlumatına əsasən Apple TV+ servisinin aylıq abunə haqqı qiyməti ABŞ-da 9.99$ təşkil edəcək. Apple TV+ servisi bu ilin payız fəslindən başlayaraq 100-dən çox ölkədə istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər