main-post-cover

    Apple şirkəti öz cihazlarında kənar komponentlərin istifadəsindən imtina etməyə davam edəcək

    Elm & Texnologiya
    12.12.2020
    Emil Nəcəfov
        Apple M1 prosessoruna sahib 3 cihazın təqdim olunması ilə Apple şirkətinin müstəqil dövrü başladı. Şirkət təmsilçiləri aydın şəkildə qeyd etdilər ki, onlar perspektiv olaraq öz cihazlarında kənar komponentlərdən imtina edə bilərlər. Məlum olub ki, müstəqil olmaq arzusunda olan Apple şirkəti təkcə fərdi prosessorlar üzərində çalışmır. Bu barədə 4pda saytı xəbər verib. Hələ bir neçə müddət bundan öncə Apple şirkəti öz smartfonlarını Intel modemlərindən Qualcomm modemlərinə keçirtməyə başlamışdı.
        İndi isə Apple şirkətinin hardware təminatı üzrə vitse-prezidenti bildirib ki, Apple şirkəti fərdi modem yaratmağı planlaşdırır. Maraqlısı ondadır ki, Apple üçün fərdi modemin yaradılması ilə 2019-cu ildə Apple şirkətinə keçid etmiş Intel mühəndisləri məşğul olacaqlar. Məlumata əsasən Apple artıq bunun üçün xüsusi komandaya sahib olmaqla yanaşı həmçinin Intel-in smartfonlar üçün modem istehsalı biznesini də öz əlində saxlayır. Belə ki, Apple 1 il bundan öncə Intel-dən bu biznesi 1 milyard dollara almışdı.
        Bununla yanaşı Apple təmsilçisi bildirib ki, şirkət hal hazırda Apple M1-in davamçıları olacaq yeni prosessorlar üzərində də çalışır. iPhone iPad modellərinin isə Apple şirkətinin fərdi modemlərinə nə zaman keçid edəcəkləri bilinmir. Qeyd etmək lazımdır ki, 2019-cu ilin aprel ayında Apple ilə Qualcomm arasında müqavilə bağlanmışdı və həmin müqaviləyə əsasən Qualcomm 2025-ci ilə kimi Apple şirkətini mobil modemlər ilə təmin etməlidir.
    Linki kopyala