main-post-cover

    Apple şirkəti növbəti dəfə iPhone 11-in istehsalatını yüksəltdi

    Elm & Texnologiya
    29.10.2019
    Farid Pardashunas
        Apple şirkəti növbəti dəfə yüksək tələbat səbəbilə iPhone 11 smartfon modeli üçün komponent istehsalı sifarişlərini yüksəldib. Bununla belə şirkət iPhone 11 Pro Max modelinin istehsalını azaldır. Bu barədə Digitimes saytı xəbər verib. Verilmiş məlumata əsasən Apple şirkəti iPhone 11 üçün olan komponent istehsalını 15% yüksəldib və iPhone 11 Pro Max modelinin istehsalını 5% endirib. Bu isə iPhone 11 smartfon modelinin alıcılar arasında yüksək məşhurluğu barəsində daha öncədən verilmiş hesabatları təsdiqləyir.
        Bundan əlavə olaraq hələ bu ayın əvvəlində şirkət iPhone 11 və iPhone 11 Pro modellərinin istehsalatlarının 10% yüksəldilməsi üçün istehsalçılara müraciət etmişdi. Məlumatda qeyd edilib ki, iPhone 11 modelinə olan yüksək tələbat öz növbəsində şirkətin 2020-ci ildə təqdim olunacaq iPhone modelləri üzrə planlarına təsir göstərə bilər. Ola bilər ki, şirkət gələn ilki iPhone modellərindən birində OLED ekrana keçid əvəzinə maye kristallik ekran texnologiyasını saxlasın. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo qeyd etmişdi ki, gələn ilki bütün iPhone modelləri OLED ekranlar əldə edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər