main-post-cover

    Apple şirkəti kontentləri istifadəçilərin cihazlarına daha sürətlə çatdıracaq

    Elm & Texnologiya
    18.02.2020
    Emil Nəcəfov
        Netflix Google Stadia kimi streaming servisləri sürətlə məşhurlaşmağa davam edirlər. Lakin təqdim olunan kontentlərin yüksək keyfiyyətdə əldə edilməsi üçün minimal gecikmələrə sahib yüksək sürətli internet bağlantısı lazımdır. Apple şirkətinin yeni həll üsulu bu problemi aradan qaldırmalıdır. Bu barədə Mydrivers saytı xəbər verib. Kontentin istifadəçiyə çatdırılması zamanı gecikmələrin aradan qaldırılması yolunda Apple şirkəti sərhəd keşi (Edge Cache) texnologiyasından istifadə edəcəyini elan etdi.
        Ənənəvi olaraq Apple TV+ streaming servisində olan hər hansısa bir film və ya serial Apple şirkətinin serverlərinə yerləşdirilir və kontent istifadəçiyə çatmamışdan öncə uzun yol qətt edir. Edge Cache texnologiyası çərçivəsində isə məlumatlar internet provayderlərin serverlərində saxlanılır. Faktiki olaraq bu halda kontent istifadəçinin cihazına daha yaxın olur və onun istifadəçiyə çatdırılması daha az zaman alır.
        Bundan əlavə olaraq bu üsul ilə Apple serverlərinə olan çoxlu sayda sorğuların saylarını da aşağı salmağa imkan verəcək. Bu cür texnologiyadan artıq Netflix və Amazon şirkətləri istifadə edirlər. Hal hazırda Apple Edge Cache texnologiyası test mərhələsindədir. Sözügedən texnologiyanın hansı regionlarda çalışacağı və şirkətin hansı servislərinə inteqrasiya ediləcəyi bilinmir. İndiki mərhələdə internet provayderlər bu texnologiyadan istifadə üçün Apple şirkətinin saytında sorğu yerləşdirə bilərlər. 
    Linki kopyala