main-post-cover

    Apple şirkəti iPhone modellərinin zəiflədilməsindən öncə istifadəçilərə bu barədə xəbər verəcək

    Elm & Texnologiya
    27.05.2019
    Farid Pardashunas
        2017-ci ilin sonunda Apple şirkəti köhnə model iPhone modellərinin süni şəkildə zəiflədilməsi məsələsi ilə bağlı böyük qalmaqalın mərkəzinə düşmüşdü. Həmin vaxtda məlum olmuşdu ki, köhnə model iPhone smartfonlarının batareyalarının və cihazların özlərinin istifadə müddətini artırmaq üçün şirkət həmin smartfonların maksimal performansını aşağı salırdı. Nəticədə bu məlumat ortaya çıxdı və şirkətə qarşı bir sıra məhkəmə ittihamları qaldırıldı.
        Bütün bunlardan sonra şirkət iOS əməliyyat sisteminə smartfonların performanslarının aşağı salınmasının deaktiv olunması funksiyasını əlavə etdi. Lakin bu funksiya da vəziyyətdən çıxmağa kömək etmədi. İndi isə Apple şirkəti yeni üsulun reallaşdırılmasına qərar verib. Belə ki, bundan sonra şirkət iOS yenilənməsindən öncə istifadəçini xəbərdar edəcək ki, yenilənmiş iOS əməliyyat sistemi ilə birlikdə onun iPhone modelinin performansı da aşağı düşəcək. Bu barədə Gagadget saytı xəbər verib.
        Şirkət İngiltərənin rəqabət və bazar idarəetməsi (The Competition and Markets Authority) təşkilatı ilə müqavilə bağlayıb. Həmin müqaviləyə əsasən şirkət cihazların zəiflədilməsindən öncə bu barədə istifadəçilərə xəbər verəcək. İstifadəçilər isə öz növbələrində bu məsələ ilə bağlı seçim etmək imkanına sahib olacaqlar: Əməliyyat sistemi yenilənməsini qəbul edərək smartfonun zəiflədilməsinə razı olmaq və ya əməliyyat sistemini olduğu kimi saxlayaraq smartfon performansının stabil qalmasına razı olmaq. Beləliklə istifadəçilər öz hüquqlarının qorunması barəsində dövlət dəstəyi əldə ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər