Apple şirkəti iPhone 5G-nin hazırlanmasında Qualcomm ilə birlikdə çalışır

Apple şirkəti iPhone 5G-nin hazırlanmasında Qualcomm ilə birlikdə çalışır

Texnologiya
05.12.2019 PAYLAŞIM

    5G dəstəkli iPhone-nun tez bir zamanda satışa çıxması üçün AppleQualcomm şirkətləri birlikdə çalışırlar. Bu cür bəyanatı Qualcomm şirkətinin prezidenti Cristiano Amon, Qualcomm Snapdragon Tech Summit 2019 tədbirində verib. Bəzi məlumatlara əsasən Apple şirkəti gələn ilin sentyabr ayında 5G dəstəkli 4 ədəd iPhone modeli təqdim edəcək.

    Bu barədə Macrumors saytı xəbər verib. Cristiano Amon qeyd edib ki, Apple şirkəti Qualcomm üçün çox perspektivlidir və yeni iPhone-ların vaxtında satışa çıxması üçün Qualcomm bütün səylərini ortaya qoyacaq. Bundan əlavə olaraq məlumdur ki, iPhone 5G-də Qualcomm istehsalı modemlərdən istifadə olunacaq.


    Lakin modemdə olacaq radiotezlikli blokun özü digər istehsalçıların komponentlərindən ibarət olacaq. Bundan əlavə olaraq Cristiano Amon qeyd edib ki, Qualcomm şirkəti Apple ilə uzunmüddətli müqavilə bağlayıb və şirkət birgə iş nəticəsində əldə edilmiş texnoloji üstünlüklərdən razıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×