main-post-cover

    Apple şirkəti iPad mini 5 və iPad Air (2019) planşet modellərini təqdim edib

    Elm & Texnologiya
    19.03.2019
    Emil Nəcəfov
        25 mart tarixindəki təqdimat tədbirini gözləməyərək Apple şirkəti yenilənmiş iPad seriyasını təqdim edib. Beləliklə yenilənmiş iPad seriyasına Apple Bionic A12 flaqman prosessoru əsasında hazırlanmış iPad mini 5iPad Air (2019) daxil olublar. Uzunmüddətli fasilədən sonra şirkət iPad mini seriyasını yeniləyib. Kompakt planşet modelinin beşinci nəsli 2048x1536 piksel keyfiyyətli 7.9 düym True Tone ekranını və birinci nəsil Apple Pencil dəstəyini əldə edib. Planşetin performansından yeni Apple Bionic A12 mobil prosessoru cavabdehdir.

        Planşetin minimal qalınlığına baxmayaraq o özündə 3.5 mm-lik audiogirişi və stereosəsgücləndiriciləri qoruyub saxlayıb. iPad mini 5 həmçinin 8 MP-lik (f/2.4 diafraqmalı) arxa kamera və 7 MP-lik ön kamera ilə təchiz olunub. Planşetin arxa kamerası HDR dəstəklidir, ön kamerası isə 1080p keyfiyyətində videolar çəkə bilir. Planşetin blokdan çıxarılması və planşet vasitəsilə kontaksız ödənişlər Touch ID texnologiyası vasitəsilə reallaşdırılır. Planşetin qiyməti dəyişilməz olaraq qalıb. Belə ki, 64 GB daxili yaddaşa sahib versiya 400$-a satılacaq.

        iPad Air (2019) modelinə gəldikdə isə planşet nazik gövdəyə və 2224x1668 piksel keyfiyyətli 10.5 düym True Tone ekrana sahib olub. iPad mini 5 kimi iPad Air (2019) da birinci nəsil Apple Pencil dəstəyini əldə edib. Texniki göstəricilər baxımından iPad Air (2019) modeli iPad mini 5 ilə oxşardır. Bundan əlavə olaraq iPad Air (2019) üçün ayrıca Smart Keyboard klaviaturasını da almaq olar. Bu planşetin 64 GB daxili yaddaşa sahib versiyasının qiyməti 499$-a satılacaq.

    Linki kopyala