main-post-cover

    Apple şirkəti gələn ay yeni AirPods modelini təqdim edə bilər

    Elm & Texnologiya
    20.04.2020
    Farid Pardashunas
        Amerikalı insayder Jon Prosser, Apple şirkətinin yeni məhsulları baerəsində məlumatlar təqdim etməyə davam edir. İnsayderin bu dəfə vermiş olduğu məlumat isə Apple şirkətinin yeni AirPods modeli ilə bağlıdır. Bu barədə Gagadget saytı xəbər verib. Məlumata əsasən yeni AirPods modeli iPhone SE (2020) ilə birlikdə hələ mart ayında təqdim olunmalı idi.
        Lakin koronavirus pandemiyası səbəbilə təqdimat tədbiri ləğv olunduğundan şirkət yeni AirPods üzərində çalışmağa davam etdi və artıq onu təqdim etməyə hazırdır. Jon Prosser-in sözlərinə əsasən yeni AirPods qulaqlğı gələn ay 13 düym ekranlı MacBook Pro ilə birlikdə satışa çıxmalıdır. Təəssüflər olsun ki, insayder Apple şirkətinin yeni qulaqlığının özəllikləri barəsində heç bir məlumat verməyib. Gözləntilərə əsasən yeni AirPods modeli xarici görünüşcə AirPods Pro-ya bənzəyəcək, lakin onda aktiv şəkildə ətraf səs-küyün boğulması özəlliyi olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər