main-post-cover

    Apple şirkəti gələcək iPhone modellərini ildə iki dəfə təqdim edə bilər

    Elm & Texnologiya
    03.12.2019
    Farid Pardashunas
        Görünür, Apple şirkəti öz iPhone modellərinin təqdimat tarixi strategiyasını dəyişməyi planlaşdırır. Belə ki, JP Morgan şirkətinin analitiki Samik Chatterjee-nin sözlərinə əsasən 2021-ci ildən başlayaraq Apple şirkəti yeni iPhone modellərini ildə iki dəfə təqdim edəcək. İlk iki iPhone modeli ilin birinci yarısında, növbəti iki iPhone modeli isə ilin ikinci yarısında təqdim olunacaq. Bu barədə CNBC saytı xəbər verib.
        Bu cür strategiya isə öz növbəsində smartfon bazarındakı digər rəqiblərlə daha yaxşı rəqabət aparmağa imkan verəcək. Bundan əlavə olaraq analitik gələn ilki iPhone modelləri barəsində də məlumat verib. Onun sözlərinə əsasən şirkət gələn il 3 deyil 4 iPhone modeli təqdim edəcək və bütün iPhone modelləri OLED ekranlar ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, məlumata əsasən Apple hal hazırda iPhone SE 2 üzərində çalışır. Gözləntilərə əsasən smartfon gələn ilin mart ayında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər