main-post-cover

    Apple şirkəti bu ilki iPhone modelləri üçün Dual Bluetooth Audio texnologiyası üzərində çalışır

    Elm & Texnologiya
    28.05.2019
    Farid Pardashunas
        Artıq indidən məlumdur ki, Apple şirkəti 3 yeni iPhone modeli üzərində çalışır. Yeni məlumat sızıntısına əsasən yeni iPhone modelləri təkcə texniki göstəricilər ilə deyil həmdə bəzi yeni proqram təminatı özəllikləri ilə də təəccübəndirəcəklər. Beləliklə Macotakara saytının verdiyi məlumata əsasən Apple şirkəti Dual Bluetooth Audio texnologiyası üzərində çlaışır. Bu barədə Gagadget saytı xəbər verib.
        Bu texnologiya vasitəsilə bir cihaza bir neçə qulaqlıq qoşmaq mümkün olacaq. Bunun proqram təminatı funksiyası olduğundan çox güman ki, onu təkcə bu il çıxacaq iPhone XI, iPhone XI Max iPhone XR (2019) modelləri deyil həm də hal hazırda aktual olan iPhone modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya artıq bəzi Android smartfonlarda mövcud olsa da o lazımi şəkildə çalışa bilmir.
        Son məlumatlara əsasən bu ilki iPhone modellərinin dizaynları keçən ilki iPhone modellərinin dizaynları ilə eyni olacaq. Smartfonlar öz aralarında ekran ölçüsü, matrisası və kamera saylarına görə fərqlənəcəklər. Belə ki, iPhone XI ilə iPhone XI Max modellərinin üçlü arxa kameraya, iPhone XR (2019) modelinin isə ikili arxa kameraya sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər