main-post-cover

    Apple şirkəti App Store'dan tətbiq silinməsi üçün ona müraciət edən ölkələrdən danışdı

    Elm & Texnologiya
    03.07.2019
    Emil Nəcəfov
        Apple şirkəti ilk dəfə müxtəlif ölkələrin dövlət orqanlarının App Store-dan müəyyən tətbiqlərin silinməsi üçün şirkətə müraciət etmələrindən danışıb. Bu barədə Macdigger saytı xəbər verib. 2 iyul tarixində şirkət tərəfindən təqdim edilmiş hesabatda bildirilib ki, 2018-ci ilin 1 iyul tarixindən 31 dekabr tarixinə kimi şirkət 634 tətbiqin App Store-dan silinməsi üçün 11 ölkədən 80 sorğu əldə edib. Bu sorğuların böyük bir hissəsi isə yerinə yetirilib.
        Çox zaman Apple şirkətinə Çindən olan məmurlar müraciət edirlər. Onların tələbi ilə şirkət App Store-dan 517 tətbiq silib. Şirkət tərəfindən təqdim edilmiş hesabatda silinmiş tətbiqlərin adları barəsində heç bir məlumat verilməyib. Həmçinin hesabatda şirkətə sorğu göndərmiş ölkələrin adları da var. Onların arasında Avstriya, Vyetnam, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Livan, Niderland, Norveç və İsveçrə var. 2020-ci ilin ortasında təqdim olunacağıı planlaşdırılan növbəti hesabatda şirkət tərtibatçıların verdikləri appelyasiya məhkəmələri barəsində danışacağına söz verib.
    Linki kopyala