main-post-cover

    Apple şirkəti 7-ci nəsil iPod Touch modelini təqdim etdi

    28.05.2019
    Farid Pardashunas
        Heç gözlənilmədən Apple şirkət 7-ci nəsil iPod Touch pleyerini təqdim etdi. Təqdim olunmuş yeni pleyerin dizaynında heç bir dəyişiklik yoxdur. Yeni model də əvvəlki modellər kimi alüminium gövdəyə, 4 düym ekrana və fiziki Home düyməsinə sahibdir. Yeni modeldə Touch ID texnologiyası yoxdur. Bununla yanaşı yeni iPod Touch modeli A10 prosessoru ilə təchiz olunub və FaceTime ilə ArKit-i dəstəkləyir.

        İlk dəfə olaraq şirkət 256 GB daxili yaddaş həcminə sahib iPod Touch-ı çıxardıb. Yeni model 7 rəng variantında satışa çıxacaq: Boz, qızılı, gümüşü, çəhrayı, mavi və qırmızı. Beləliklə 32 GB daxili yaddaşa sahib model 199$-a, 128 GB daxili yaddaşa sahib versiya 299$-a, 256 GB daxili yaddaşa sahib model isə 399$-a satılacaq. iPod Touch 7-ni artıq Apple şirkətinin rəsmi saytından ön sifariş etmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər