main-post-cover

    Apple sensorlu OLED ekrana sahib MacBook Pro üzərində çalışır

    Elm & Texnologiya
    12.01.2023
    Emil Nəcəfov
        Bloomberg saytının məşhur insayderi olan Mark Gurman-ın verdiyi yeni məlumata əsasən Apple şirkəti MacBook Pro noutbuk seriyasını sensorlu OLED ekranlara keçirtmək üzərində çalışır. İnsayder həmçinin sensorlu OLED ekrana sahib ilk MacBook Pro-nun nə zaman satışa çıxacağını da bildirib. Maraqlısı ondadır ki, 2010-ci ildə Steve Jobs bu cür ideyanı kəskin şəkildə tənqid etmişdi. İnsayder hazırlanan MacBook Pro-ların texniki özllikləri barəsində məlumat vernəsə də qeyd edib ki, onlar sensorlu OLED ekran iləö təchiz olunacaqlar. Bununla yanaşı bu cür MacBook Pro-ların əməliyyat sistemlərinə jestlərlə idarəetmə özəlliyini əhatə edəcək ayarlamalar əlavə ediləcək.
        Bundan əlavə olaraq insayder qeyd edib ki, noutbuklar əvvəlki kimi macOS əməliyyat sistemi vasitəsilə çalışacaqlar və ənənəvi klaviatura ilə touchpad-a sahib olacaqlar. Sensorlu ekrana sahib potensial MacBook-un satışa çıxması barəsində məlumatları insayderlər hələ uzaq 2010-cu ildə təqdim etmişdilər. Lakin həmin ildə baş tutmuş Back to the Mac adlı konfrans çərçivəsində Steve Jobs bu cür ideyanı tənqid etmişdi. “Noutbukun sensorlu ekranla təchiz edilməsi effektiv görünür. Lakin bir müddətdən sonra siz yorulacaqsınız. Bu cür imkandan uzun müddət ərzində istifadə etmək nəticəsində sizin qolunuz yorğunluqdan çökəcək. Bu ideya çalışmır. Erqonomika nöqteyi nəzərdən bu fəlakətdir” - deyə Steve Jobs qeyd etmişdi. Mark Gurman-ın sözlərinə əsasən sensorlu ekrana sahib ilk MacBook 2025-ci ildə satışa çıxmalıdır.
    Linki kopyala