main-post-cover

    Apple özünün elektromobil istehsalı mövzusunda məşhur avtomobil istehsalçısı ilə danışıqlar aparır

    Elm & Texnologiya
    08.01.2021
    Emil Nəcəfov
        Apple şirkətinin öz elektromobili üzərində çalışdığı barəsində məlumatlar artıq uzun zamandır ki, ortada gəzir. İndi isə bu məlumatı ən böyük avtomobil istehsalçılarından biri təsdiqləyib. Bu barədə CNBC saytı xəbər verib. Hyundai Motor şirkətinin təmsilçiləri etiraf ediblər ki, Apple onlarla elektromobil istehsalı mövzusunda potensial müqavilə barəsində danışıqlar aparır. Bu cür danışıqları Apple digər istehsalçılar ilə də aparır.
        “Biz başa düşürük ki, Apple Hyundai da daxil olmaqla dünyanın bir çox avtomobil istehsalçısı ilə danışıqlar aparır. Belə ki, bu mövzu barəsində müzakirələr ilkin mərhələdə olduğundan hələ heçnə təsdiqlənməyib” - deyə Hyundai təmsilçiləri bildiriblər. Bununla yanaşı Bloomberg saytı öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkətinin elektromobil layihəsi üzərində kiçik komanda çalışır və həmin komandanın daxilində keçmiş Tesla əməkdaşları var. Layihə ləng şəkildə inkişaf edir və hələ ilkin mərhələdədir. Bu səbəbdən də istehsalat prosesinə hələ çox var. Çox güman ki, Apple şirkətinin elektromobili 5-7 ildən sonra işıq üzü görəcək. 
    Linki kopyala