main-post-cover

    'Apple' marketinq komandasından izləyənləri heyran buraxan yeni iPhone 7 reklamı

    21.06.2017
    Orxan Jafarli
    “Apple” bu gün iPhone 7 üçün bədii toxunuşların ön plana çıxdığı, yeni bir reklam filmini təqdim etdi. iPhone 7 üçün təqdim olunan bu reklam filmində, olduqca müvəffəqiyyətli bir əsər sizləri gözləyir.
    iPhone 7 üçün təqdim olunan reklam filmi ilə birlikdə Apple, istifadəçilərini sanki ovsunladı. Bu il istifadəçilərə təqdim edilən iPhone 7 və iki kameralı iPhone 7 Plus ilə yoluna davam edən, “Apple” bu gün iPhone 7 üçün yeni bir reklam filmi təqdim etdi.
    Reklam filmi mövzusunda rəqiblərindən fərqli yol qət edən texnologiya nəhəngi, bu gün təqdim etdiyi reklam filmi ilə yenidən öz fərqini göstərmiş oldu.

    Bildiyiniz kimi  “Xatirələr” xüsusiyyəti  avtomatik olaraq seçdiyi gözəl anları xüsusi bir şəkildə videoya çevirmənizə imkan yaradır. Reklam filmində köhnə günləri xatırlamaq üçün yaşadığı xatirələri bir video ilə bir araya gətirən yaşlı adamın, keçmişini xatırlamağın xoşbəxtliyini və kədərini əhatə edir. Daha çox bir reklamın əksinə, qısa metrajlı film kimi olan reklam, olduqca müvəffəqiyyətli bir işin məhsulu olduğunu söyləyə bilərik.
    Apple-ın bu gün iPhone 7 üçün təqdim etdiyi yeni reklam filmini aşağıdan izləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər