main-post-cover

    Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

    Elm & Texnologiya
    08.08.2022
    Farid Pardashunas
        Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumatlar verib. Onun sözlərinə əsasən hazırlanan yeni Mac mini modeli daha öncə güman edilmiş M1 Pro prosessoru əvəzinə M2 M2 Pro ilə təchiz olunacaq. Gurman-nın sözələrinə əsasən Apple şirkəti daha öncə M1 Pro prosessoruna sahib Mac mini üzərində çalışıb. Həmin kompüter modeli bu il təqdim edilməli və satışa çıxmalı idi. Lakin nəticədə şirkət sözügedən kompüteri ləğv edib. Onun yerinə şirkət digər Mac mini modelini təqdim edəcək. Bununla belə təqdim ediləcək yeni Mac mini iki versiyaya sahib olacaq. Onlardan biri M2, digəri isə M2 Pro prosessoru ilə təchiz olunacaq. Xarici görünüşcə kompüter heç bir dəyişikliyə məruz qalmayacaq.
        Bundan əlavə olaraq Gurman qeyd edib ki, M2 prosessoruna sahib yeni Mac mini modeli J473 kod adına, M2 Pro prosessoruna sahib yeni Mac mini isə J474 kod adına sahibdir. Məlumatda həmçinin qeyd edilib ki, yeni Mac mini modelinin M2 Max M2 Ultra versiyaları olmayacaq. Belə ki, şirkət sözügedən prosessorları Mac Pro seriyasına daxil olan kompüterlər üçün saxlayıb. Gurman-nın sözlərinə əsasən bir neçə müddət bundan öncə təqdim edilmiş Mac Studio kompüteri uzun müddət ərzində satılacaq bir məhsul olmayacaq. Mac Studio və Mac Pro təqribi olaraq eyni kateqoriyaya daxil olan cihazlardır və onların qiymət göstəriciləri də demək olar eynidir. Bu ilin payız fəslində Apple şirkəti həmçinin M2 Max və M2 Ultra prosessorlarına sahib yeni MacBook Pro modellərini də təqdim edə bilər. Lakin heç istisna deyil ki, M2-nin daha güclü versiyalarına sahib MacBook Pro gələn ilə kimi təxirə salınsın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər