main-post-cover

    Apple M2 Max prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    30.11.2022
    Emil Nəcəfov
        Apple şirkətinin hələ təqdim edilməmiş M2 Max adlı 12 nüvəli prosessoru Geekbench bençmark saytının məlumatlar bazasında ortaya çıxıb. Gözləntilərə əsasən növbəti nəsil MacBook noutbukları məhz sözügedən prosessor ilə təchiz olunacaqlar. M2 Max-ın texniki özəllikləri və nüvələrinin konfiqurasiyaları barəsində hələ heç bir məlumat yoxdur. Lakin məlumdur ki, Apple şirkətinin yeni prosessoru 3.54-3.7 GHz tezlikdə çalışacaq. M2 Max Geekbench-in bir nüvəli testi çərçivəsində 1889 xal, çox nüvəli testi çərçivəsində isə 14 586 xal toplayıb.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, M1 Max prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 1750 xal, çox nüvəi testi çərçivəsində isə 12 200 xal toplayır. Burdan da belə qənaətə gəlmək olar ki, M2 Max bir nüvəli performans baxımından 10%, çox nüvəli performans baxımından isə 20% yüksəliş sərgiləyir. Qeyd etmək lazımdır ki, Geekbench testlərindən M2 Max-ın test versiyası keçib. Buna görə də prosessorun final versiyasının sahib olacağı nəticələr daha yüksək ola bilər.
    Linki kopyala