Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

Texnologiya
23.11.2020 PAYLAŞIM

    İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun bençmark nəticələri artıq mövcuddur və həmin nəticələrə əsasən M1 prosessoru Nvidia ilə AMD şirkətlərinin bir sıra prosessorlarını geridə qoyur. İndi isə Macrumors saytı praktiki cəhətdən M1 və Intel prosessoruna sahib MacBook Pro modellərinin performanslarını müqayisə edib. Müqayisə üçün M1 prosessoruna sahib yeni MacBook Pro və 4 nüvəli Intel Core i5 prosessoruna sahib 13 düym ekranlı MacBook Pro modeli seçilib.

    Intel prosessoruna sahib MacBook Pro modeli həmçinin 8 GB RAM-a və inteqrasiya edilmiş Intel Iris Plus Graphics 645 qrafikasına sahibdir. Beləliklə test çərçivəsində 40 GB həcmə sahib faylın M1 prosessorlu MacBook Pro modelində ötürülməsi 27 saniyə, Intel prosessorlu MacBook Pro modelində isə 90 saniyə zaman alıb. M1 prosessorlu MacBook Pro modelində eyni anda 50 tətbiqin işə salınmasında heç bir problem yaşanmayıb. Bu halda noutbuk sürətlə çalışıb və heç bir ilişməyə məruz qalmayıb. Intel prosessorlu MacBook Pro modelinə gəldikdə isə 50 tətbiqin eyni anda işə salınması üçün noutbuka bir qədər vaxt lazım olub.


    Bununla yanaşı tətbiqlərin işə salınması prosesində noutbuk bir qədər ilişməyə başlayıb və nəticədə istifadəçinin hansısa əmrinə reaksiya verməkdən imtina edib. Onu da qeyd etmək lazımdır ki, bu test çərçivəsində M1 prosessorlu MacBook Pro modeli heç aktiv soyutma rejiminə də keçid etməyib. Adi tətbiqin işə salınması prosesi də M1 prosessorlu MacBook Pro modelində sürətlə reallaşdırılır. Bura həmçinin videonun emalı da daxildir. Intel prosessorlu MacBook Pro modelində isə bütün bu proseslər gecikmə ilə işə düşürlər. Safari brauzerində çoxlu sayda qovluğun açılması M1 prosessorlu MacBook Pro modelini heç yükləməyib. Lakin Intel prosessorlu MacBook Pro modeli isə yüklənməyə məruz qalıb və nəticədə onun soyutma sisteminin pərləri daha səsli şəkildə çalışmağa başlayıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti VR cihaz üzərində çalışır: Bu VR cihaz nə zaman təqdim oluna bilər..

Apple öz VR cihazı vasitəsilə Facebook-un Oculus, Sony-nin Playstation VR və HTC-nin VR cihazları il..


SpaceX şirkəti 2 ədəd neft buruğu alıb: Neft buruqları şirkətə hansı səbəbə görə..

Görünür, SpaceX şirkəti Starship kosmik gəmilərinin kosmosa start uçuşları üçün nəzərdə tutulmuş üzə..


Apple yenilənmiş Face ID texnologiyasının patentini əldə edib

ABŞ-ın patentlər üzrə təşkilatı Apple şirkətinin yeni patent sorğusu barəsində məlumat verib...


Dimensity 1200 və Dimensity 1100: MediaTek 5G dəstəkli 2 yeni mobil prosessoru t..

MediaTek şirkəti rəsmi olaraq 2 yeni mobil prosessoru təqdim edib. Söhbət, Dimensity 1200 və Dimensi..


Elektromobillər üçün sürətli şarj texnologiyasına sahib yeni növ litium-ion bata..

İsrailin StoreDot adlı startapı elektromobillər üçün nəzərdə tutulmuş yeni növ litium-ion batareyası..


Qualcomm büdcəli flaqman smartfonlar üçün 8 nüvəli Snapdragon 870 prosessorunu t..

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon 870 adlı yeni mobil prosessoru təqdim edib.

×