main-post-cover

    Apple iPhone 6S'in batareya dəyişimindən sonrakı möhtəşəm performansı

    07.03.2018
    Nijat Hamid
        Bildiyimiz kimi, bundan bir müddət əvvəl istifadəçilər hər yeni İOS versiyasında köhnə iPhone modellərində ciddi şəkildə nəzərə çarpan performans, stabillik və donmalar kimi bir sıra problemlər ilə bağlı Apple şirkətinə çox saylı şikayətlər bildirmişdilər. Bunun üzərinə Apple rəsmiləri "loru" dildə desək :
    Biz telefonlarımızın istifadə müddətini uzatmaq üçün CPU ( mobil prosessor ) tezlik dəyərlərini hər yeni İOS versiyası ilə azaldırıq. Bunun hesabına batareya ömrü uzanır və telefon daha uzun müddət işləyir.    
        Şəklində bildiriş etdilər. Apple 2-ci çarə olaraq batareya dəyişdirmə xərclərini bəzi ölkələrdə pulsuz, bəzi ölkələrdə isə yarı-yarıya azaldaraq istifadəçiləri razı salmağa çalışdı. Bunun üzərinə Youtube'da  Bennet Sorbo adlı şəxs 2 il əvvəl aldığı İphone 6S modelində batareya dəyişdirildikdən sonrakı və əvvəlki halı performans, stabillik və UI təcrübəsi olaraq test etdi. Əldə olunan nəticələrə əsasən və videoda gördüyümüz kimi telefonun oyun performansında, browser və Geekbench testlərində, həmçinin proqramların açılma sürətində ciddi fərqlər oldu. 
    Bəs siz dəyərli İphone'nunuzun batareyasını dəyişməyi nə vaxt düşünürsüz ?
    Linki kopyala