main-post-cover

    Apple, bir sonrakı iPhone modellərində USB-Type C istifadə edəcək

    Elm & Texnologiya
    13.06.2018
    Nijat Hamid
    Lightning portu Apple məhsullarını digərlərindən ayıran səbəblərdən biri idi. Şirkət uzun illərdir ki, həm iPhone, həm iPad modellərində özünə məxsus bir USB giriş portu istifadə edir. Lakin sızan bir sıra məlumatlara görə, 2019-cu ildə çıxması planlanan Apple məhsullarında ciddi dəyişikliklər olacaq ki, bunlardan biri də Lightning portunun USB Type-C ilə əvəz edilməsidir. 
    USB Type-C portları əsasən USB 3.1 dəstəkli olur və 10 Gbps məlumat ötürə bilir. Apple məhsullarında istifadə edilən Lightning və USB kabellərin məlumat ötürmə sürəti isə təxmini olaraq USB 2.0-a oxşardır.    
    Hal-hazırda Android dünyasında bir çox model Type-C portundan istifadə edir. Əgər deyilənlər kimi Apple da bu porta keçərsə artıq AndroidiOS cihazların USB girişləri eyni olacaq və adapter tapmaq daha asand olacaq. Ayrıca Type-C girişi Lightning kimi 2 tərəfli istifadə edilə bildiyi üçün Apple sevərlər heç bir fərqlilik hiss etməyəcəklər. Amma standart fərqinə görə Type-C ilə telefona məlumatları daha sürətli ötürmək mümkün olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər