Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə bilər
Elm & Texnologiya
29.11.2021
Farid Pardashunas
Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından imtina etsə də bu konsepsiyanın reallaşdırılmasını hələ də planlaşdırır. Məlumata əsasən şirkət eyni anda bir neçə cihazı şarj edə biləcək aksesuar üzərində çalışmağa davam edir. Məlumatda qeyd edilib ki, Apple şirkəti Qi standartının dəstəyinə sahib şarj aksesuarını və həmçinin smartfonları uzaqdan şarj etməyə imkan verəcək unikal şarj stansiyasını satışa çıxartmağı planlaşdırır.
Bloomberg-in nüfuzlu analitiki olan Mark Gurman bildirib ki, Apple şirkətinin bu yeni məhsulları konstruksiya və dizayn baxımından iPhone və Apple Watch üçün nəzərdə tutulmuş MagSafe-dən tamamilə fərqlənəcəklər. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Apple bütün gələcək məhsullarını ikitərəfli şarj texnologiyası ilə təchiz etməyi planlaşdırır. Bunun olacağı halda Apple smartfonları, qulaqlıqları və planşetləri bir-birilərini şarj edə və ya Apple noutbuklarından şarj oluna bilərlər. Şirkətin yeni naqilsiz şarj stansiyasının və şarj aksesuarının nə zaman təqdim ediləcəyi və ya satşa çıxacağı barəsində heç bir məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək