main-post-cover

    Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır

    Elm & Texnologiya
    14.10.2021
    Farid Pardashunas
        The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzərində çalışır və həmin qulaqlıqlar əlavə sensorlar ilə təchiz olunacaqlar. Belə ki, hazırlanan yeni naqilsiz qulaqlıqlar istifadəçinin bədən temperaturunu ölçə və duruş mövqeyini təyin edə biləcəklər. Məlumata əsasən növbəti nəsil AirPods modeli hələ hazırlanma mərhələsindədir və 2023-cü ildən tez satışa çıxmayacaq. Bundan əlavə olaraq gələcək AirPods modeli eşitmə aparatı funksiyasını da əldə edə bilər. Bu funksiyanın artıq mövcud olan Conversation Boost adlı funksiyadan fərqlənib-fərqlənməyəcəyi bilinmir.
        Mütəxəssislər qeyd ediblər ki, bu cür texnologiyaların inteqrasiyası prosesində bəzi çətinliklər yaranır. Apple şirkəti müəyyən komponentlərin istehsalı və təchizatı ilə bağlı yaranmış problemlər səbəbilə dəfələrlə maraqlı ideyaların reallaşdırılmasından imtina edib. Məlumata əsasən sentyabr ayında təqdim edilmiş Apple Watch 7 smart saatı bədən temperaturunun ölçülməsi texnologiyasını əldə etməli idi. Lakin Apple texniki problemlər səbəbilə bu ideyadan imtina etməli olub. Yeni nəsil AirPods-un nə zaman təqdim olunacağı və hansı qiymətə satılacağı barəsində dəqiq bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər